Günəşli (Kəlbəcər)
Günəşli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Kəndin adı 1992-ci ilə qədər Kilsəli idi. Bu kəndin yerləşdiyi ərazidə bir neçə qədim alban kilsəsi olduğuna görə kənd belə adlanırdı. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyuldu. Kəndin ərazisi güney olduğundan həmişə günəşli olurdu. Ona görə də sonradan kənd Günəşli adlandırılıb.
Qaradağlı yurdu, Kovuxludüz yurdu, Qaçaydüşən yurd, Bahadurun düzü yurd, Aslanlar yurdu, Atqoruğu yurdu, Qırqovullu yurd, Qalayçıgələn yurd, Taplar yurdu, Arpayeri yurdu, Maralatan yurd, Göyüşün yurdu, Qancıq dərəsinin yurdu, Binə dərəsinin yurdu, Tozluq yurd, Gölyeri yurdu, Quşyuvalıdüşən yurd, Kolxozdüşən yurd.
Qaradağlı bulağı, Orta bulaq, Soyuq bulaq, Fətiölən bulaq, Xəlillər tələsi bulağı, Kişmiş bulaq, Sarı bulaq, Şırşır bulaq, Göy bulaq, Ağ bulaq, Qalayçıgələn bulaq, Taplar bulağı, Göl yeri bulağı, Baxacaq bulağı, Turşsu bulağı, At qoruğu bulağı, Baldırğanlı bulaq, Xırman bulağı, Tələlər bulağı, Qaramallıx bulaq, Ağdaş bulağı, Yurdlar bulağı, Uçuqluq bulaq, Cərgə bulaq, Korca bulaq, Süleyman bulağı, Novlu bulaq, Alçalı bulaq, Qiblə bulağı, Daş bulaq, Seyidalı bulağı, Şırran bulağı.